TBİLİSİ, 10 aprel. TELEQRAF
“Gürcüstanın daxili siyasi işlərinə müdaxilə hamıya aydındır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Baş katibi Kaxa Kaladze ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanla bağlı səsləndirdiyi fikirləri jurnalistlərə şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstana hücumlar və ölkənin daxili işlərinə birbaşa müdaxilə çox aydın şəkildə göz qabağındadır.
“Hər kəs öz ölkəsi, parlamenti və qanunları ilə məşğul olmalıdır. Biz əhalimizlə birgə ölkəmizin gələcəyinin qayğısına qalacağıq, sülhü qoruyub saxlayacağıq və ölkəmizi inkişaf etdirəcəyik”, - K.Kaladze söyləyib.