TBİLİSİ, 10 aprel. TELEQRAF

Gürcüstanın keçmiş baş naziri, müxalif “Qaxariya-Gürcüstan naminə” pariyasının lideri Giorgi Qaxariya parlamentin istintaq komissiyasının iclasına dəvət olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə komissiyanın sədri Tea Tsulukiani bildirib.

O, G.Qaxariyanın 20 iyun işi üzrə çağrıldığını qeyd edib.

“Biz 2012-2024-cü illəri əhatə edən dövrlə bağlı araşdırmalara yenicə başlamışıq. Giorgi Qaxariyadan başqa ölkəyə xaricdən zərər vuran və ziyan vurmaqda davam edən bir çox siyasətçilər dəvət olunub”, - T.Tsulukiani deyib.

Qeyd edək ki, G.Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə baş naziri olub. 2019-cu ilin iyunun 20-də Tbilisidə parlament binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası gözyaşardıcı qaz və rezin güllələrin istifadəsi ilə dağıdılıb, nəticədə 38-i jurnalist olmaqla 240 nəfər xəsarət alıb.