TBİLİSİ, 10 aprel. TELEQRAF
“Gürcüstanla Azərbaycan arasında qarşılıqlı hörmət var və ölkələr bir-birini dəstəkləyir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib.
O, ötən gün Gürcüstanla bağlı səsləndiriyi fikirlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Spiker Gürcüstanla Azərbaycanın hər zaman bir-birinin yanında olduğunu qeyd edib.
“Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq məhz buna əsaslanır, biz bir tərəfdən bir-birimizin suverenliyinə hörmət edirik, digər tərəfdən də xalqlarımızın mənafeyi naminə bir-birimizə hörmətlə yanaşırıq və bir-birimizin yanındayıq. Bu, bizim başqalarından gözlədiyimiz və qiymətləndirdiyimiz dostluqdur”, - Ş.Papuaşvili söyləyib.