BAKI, 4 iyun. TELEQRAF

“Rusiya Ermənistanın mövqeyinə praqmatik yanaşır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz buna sırf praktiki baxımdan yanaşırıq: əgər siz Rusiya ilə eyni ittifaqdasınızsa, onda müəyyən iqtisadi üstünlüklərə maliksiniz. Əgər Avrasiya İqtisadi Birliyindən çıxıb Avropa İttifaqına qoşulmaq qərarına gəlmisinizsə, onda niyə buna görə sizə pul ödəməliyik?”, - o bildirib.