BAKI, 4 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin eyvanında kombi aparatı və kondisioner yanıb. Xəsarət alan olmayıb.

Mənzil yanğından mühafizə olunub.