XANKƏNDİ, 4 iyun. TELEQRAF
Qubadlıda “Bərgüşadçay” su anbarının tikinti-quraşdırma işlərinin icrasına başlanılacaq.
Bu barədə Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin sədri Müşfiq Adıgözəlov Teleqraf-a açıqlqmasında deyib.
O qeyd edib ki, layihə hazırda tender prosesindədir:
“Eyni zamanda, “Xaçınçay”, “Köndələnçay” su anbarları yenidən bərpa olunub. “Zabuxçay” su anbarı isə yenidən inşa olunaraq istismara verilib”.
M.Adıgözəlov əlavə edib ki, Xankəndli şəhərinin su, kanalizasiya sistemi və yağış suları ilə bağlı təchizat sisteminin yenidən qurulması layihələndirmə işlər icra olunur:
“Bundan əlavə, Ağdam-Xankəndi-Şuşa magistral yolunun tikintisi ilə əlaqədar olaraq hazırda Xankəndi şəhərinin, 1200 mm-lik əsas daşıyıcı kanalizasiya kollektorunun tikintisi işləri icra olunur. Ortalama uzunluğu 12 km olan magistral kollektorun 5 km-lik hissəsi demək olar ki, tam hazırdır. İşlər dövlət büdcəsindən ayrılan vəsait hesabına Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə görülür”.