BAKI, 4 iyun. TELEQRAF

Ermənistan və ABŞ arasında TRIPP və ya “Tramp marşrutu” layihəsi üzrə saziş imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Əziz vətəndaşlar, saniyələr əvvəl TRIPP üzrə ABŞ-Ermənistan çərçivə sazişini gözlərinizin qarşısında imzaladım. Yadınızdadırsa, bir neçə gün əvvəl (mayın 26-da) mən və ABŞ dövlət katibi Marko Rubio İrəvanda sazişi paraflamışdıq, indi dövlət katibi sazişə imza atıb göndərib”, - xarici işlər naziri bildirib.

Ararat Mirzoyan əlavə edib ki, artıq Ermənistan tərəfi də imzalarını atıb, bununla da imzalanma prosesi başa çatıb:

“Saziş təsdiq üçün hazırdır”.