BAKI, 4 iyun. TELEQRAF

Macarıstan Baş naziri Peter Madyar Kiyevin ölkədəki etnik macarların hüquqlarını bərpa edəcəyi təqdirdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə o, “Le Monde”yə müsahibəsində danışıb.

“Ukraynada təxminən 100 000 etnik macar yaşayır, amma təxminən on ildir uşaqların məktəbdə macar dilini öyrənmək imkanı kimi fundamental hüquqlardan məhrumdur. Ukrayna hakimiyyəti tamamilə ədalətsiz ayrı-seçkiliyə son qoymaq öhdəliyini götürən kimi, mən Zelenski ilə görüşə hazır olacam”, - Madyar bildirib.

Macarıstan Baş nazir mümkün görüş yeri kimi, Ukraynanın macar icmasının yaşadığı Zakarpatiya bölgəsinin Berexove şəhərini təklif edib.