BAKI, 3 iyun. TELEQRAF
“Qırğızıstan Avropa İttifaqının (Aİ) sanksiyalarını qanunsuz hesab edir və bu məsələ ilə bağlı qarşı tərəflə danışıqları davam etdirir”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan baş nazirin birinci müavini Daniyar Amangəldiyev deyib.
“Qərbin sanksiyalarının qanunsuz olduğuna inanırıq, amma onların da öz əsasları, öz müdafiə tədbirləri var”, - ölkə rəsmisi bildirib.
Daniyar Amangəldiyev Qırğızıstan, Aİ və ABŞ arasında sanksiyalar üzrə danışıqların uğurlu olacağına əminliyini ifadə edib.