BAKI, 1 iyun. TELEQRAF

Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Bakı Enerji Həftəsi çərçivəsində ABŞ dövlət katibinin köməkçisi Xaleb Orr ilə görüşündə Transxəzər marşrutunun inkişafını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görüş zamanı Amerika tərəfi əlavə logistika potensialının inkişaf etdirilməsinin enerji siyasəti üçün prioritet olaraq qaldığını bildirib. Bu baxımdan Transxəzər marşrutunun inkişafı müzakirə edilib. İxrac təchizatlarının etibarlılığını və davamlılığını təmin etmək üçün əsas olan nəqliyyat və logistika infrastrukturunun inkişafına xüsusi diqqət yetirilib.