MİNGƏÇEVİR, 4 iyun. TELEQRAF

Mingəçevirdə fərdi yaşayış evinin həyətində qadın meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Samux küçəsində, "Şəlalə" kafesi yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib.

1962-ci il təvəllüdlü şəhər sakini İskəndərova Nübar Ələmbər qızı yaşadığı həyətdə ölmüş vəziyyətdə aşikarlanıb.

Faktla bağlı araşdırma aparılır.