BAKI, 3 iyun. TELEQRAF
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər bir sıra sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüş zamanı Feridun Sinirlioğlunun Özbəkistana son səfəri və Prezident Şavkat Mirziyoyevlə danışıqları ətrafında fikir mübadiləsi aparılıb.
ATƏT-in baş katibi Özbəkistanın beynəlxalq və regional təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
Danışıqlar zamanı transmilli təhdidlərlə mübarizə, rəqəmsal texnologiyalardan və süni intellektin səmərəli istifadəsi, gənclərin maraqlarının qorunması, gender bərabərliyi və məhkəmə islahatları kimi vacib məsələlər nəzərdən keçirilib.cTərəflər bu sahələrdə praktik əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə danışıblar.