BAKI, 4 iyun. TELEQRAF
“Avropa İttifaqında (Aİ) yekdillik olarsa, Macarıstan Rusiya əleyhinə sanksiyaları dəstəkləyəcək”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Peter Madyar deyib.
“Əgər Avropa İttifaqında yekdillik olarsa, əlbəttə, Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcəyik”, - o bildirib.
Xatırladaq ki, Aİ artıq Rusiyaya qarşı 20 sanksiya paketi qəbul edib. İttifaqın xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas bundan əvvəl bəyan edib ki, Aİ artıq 21-ci sanksiyalar paketini hazırlamağa başlayıb.
Macarıstan keçmiş baş nazir Viktor Orabın hakimiyyəti dönəmində dəfələrlə Ukraynaya maliyyə yardımını və Rusiyaya qarşı sanksiyaları bloklayıb.