BAKI, 4 iyun. TELEQRAF

Macarıstan Baş naziri Peter Madyar Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu üçün istənilən sadələşdirilmiş prosedura qarşı çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə bildirib.

“Məsələ ilə bağlı mövqeyim çox aydındır. Qaydalar Avropa İttifaqına üzv olmaq istəyən bütün ölkələr üçün eyni olmalıdır”, - Baş nazir deyib.

Madyar xatırladıb ki, bəzi Qərbi Balkan dövlətləri on ildən çoxdur Aİ-nin qapısında gözləyir: “Yeri gəlmişkən, ölkəmizin üzvlük prosesi də on ildən çox davam edib”.

Macarıstan Baş naziri təklif etdi ki, qarşıdakı on-on beş il ərzində Ukrayna Aİ-yə qoşulmaq üçün tələblərə cavab verə biləcək: “Sonra Macarıstanda bu məsələ ilə bağlı referendum təşkil edəcəyik”.