BAKI, 3 iyun. TELEQRAF

“Rusiya İrəvanın Moskva ilə qardaşlıq münasibətlərini gücləndirmək seçiminin tarixi cəhətdən doğru olacağını gözləyir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Zənnimcə, son hadisələr göstərir ki, Ermənistan (Rusiya və Qərb arasında – red.) seçim etməlidir. Ümid edirik, seçim tarixən Rusiya ilə ənənəvi, dərin, qardaşlıq münasibətlərinin gücləndirilməsinin lehinə olacaq. Bu münasibətlər həmişə erməni xalqına fayda verib, əminəm ki, bundan sonra da fayda verəcək”, - o bildirib.