BAKI, 2 iyun. TELEQRAF

“Qazaxıstanın yeni Konstitusiyası ölkənin hər yerində iki dildə - qazax və rus dillərində öyrənilə bilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Dövlət və cəmiyyət arasında əsl tərəfdaşlıq qurulmalı, fəal və cəlb olunmuş vətəndaşlar millətin yaradıcı qüvvəsinə çevrilməlidir. Buna görə də, Konstitusiyanın hər yerdə hər iki dildə öyrənilməsi vacibdir: mülki və hərbi universitetlərdə, məktəblərdə və hərbi hissələrdə, dövlət və özəl müəssisələrdə”, - o bildirib.

Tokayev qeyd edib ki, yeni Konstitusiya ictimai harmoniyanı yeni səviyyəyə qaldırmalıdır.