BAKI, 4 iyun. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov BMT-nin rezident əlaqələndiricisi Dmitri Şlapaçenko və BMT İnkişaf Proqramının Aşqabaddakı nümayəndəsi Narine Saakyanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Türkmənistan və BMT arasında əməkdaşlığın əsas sahələrini müzakirə ediblər.

Tərəflər arasında insan kapitalının planlaşdırılması, ədliyyə sektorunun rəqəmsal transformasiyası və milli vərəm proqramının dövlət maliyyələşdirilməsinə keçidi yolu ilə səhiyyə sisteminin dayanıqlılığının gücləndirilməsi ilə bağlı bir sıra strateji sənədlər imzalanıb.