BAKI, 4 iyun. TELEQRAF
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin may ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb. Onların 7-si İran, 3-ü Azərbaycan, 2-si Mərakeş, 2-si Nigeriya, 2-si Əlcəzair, biri Əfqanıstan, biri Türkiyə, biri Hindistan, biri Pakistan vətəndaşıdır.
DSX-nin mətbuat mərkəzindən Teleqraf-a verilən məlumata görə, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılan tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə isə 211 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilən 831 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 8 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Həmçinin narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 319 kiloqram 182 qram narkоtik vasitə və 7 min 338 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan bir nəfər sərhəd pozucusuna qarşı isə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub. Yaralıya ilkin tibbi yardım göstərilərək ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi təmin edilib, lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb, bir halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Vurğulanıb ki, dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.