BAKI, 3 iyun. TELEQRAF

“Ermənistanı ölkənin milli maraqlarına əsaslanaraq, seçkilərdə onun xeyrinə səs verə biləcək vətəndaşları xilas etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ermənistan vətəndaşları artıq milli maraqları nəzərə alaraq, öz ölkələrinin xeyrinə seçim etmək üçün hər cür imkana malikdirlər”, - o bildirib.

Zaxarova qeyd edib ki, Rusiya heç vaxt erməni xalqına qarşı hərəkət etməyib: “Onları hər cür dəstəkləyib, kömək edib və bəzən xilas edib. Amma bu, Ermənistan vətəndaşlarının öz işidir”.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bundan əvvəl Avropa İttifaqına (Aİ) üzv olmağa çalışarkən, Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü qoruyub saxlamaq istəyən Nikol Paşinyan hökumətini istehzalı şəkildə tənqid edib. Mariya Zaxarova İrəvanın mövcud xarici siyasət kursu çərçivəsində Rusiya əleyhinə addımlar atdığını vurğulamışdı.