BAKI, 4 iyun. TELEQRAF
Qırğızıstan öz tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 2027–2028-ci illər üzrə qeyri-daimi üzvü seçilib.
Teleqraf Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, Asiya-Sakit okean regionu qrupundan namizədliyini irəli sürən respublikanın bu səsvermədə əsas rəqibi Filippin olub.
Qırğızıstan 142 dövlətin dəstəyini qazanaraq qələbə əldə edib.