BAKI, 4 iyun. TELEQRAF

Fermerlərin informasiyaya çıxışını artırmaq, qabaqcıl texnologiyanı tətbiq etmək üçün, onlar üçün lazımi məlumatların daha əlçatan olması üçün mövcud "Ektis" proqramı çərçivəsində bir modul elektron rəqəmsal platforma istifadəyə veriləcək.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.

O bildirib ki, bunun gələcək illərdə, 2027-2028-ci illərdə baş tutması gözlənilir.

"Müəyyən testlər aparılıb, bununla bağlı iş gedir. Fermerlərə həm havanın, iqlimin dəyişməsi ilə bağlı, həm də digər lazımi məsələlərlə bağlı məlumatlar ötürüləcək", - vurğulayıb.