BAKI, 2 iyun. TELEQRAF
Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Almaniya xarici işlər naziri Yohann Vadefulla görüşüb
Teleqraf xəbər verir ki, nazirlər danışıqlar zamanı Qırğızıstan-Almaniya əməkdaşlığını daha da inkişaf etdirmək öhdəliklərini təsdiqləyiblər.
İkitərəfli gündəliyin əsas məsələlərinə, ilk növbədə ticari-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilib.
Kulubayev Avropa İttifaqının (Aİ) Qırğızıstana qarşı sanksiya siyasətindən narahatlığını ifadə edərək, birtərəfli məhdudiyyətlərin Mərkəzi Asiya ölkələrinin sosial-iqtisadi sabitliyinə yaratdığı riskləri vurğulayıb.
Xarici işlər naziri Bişkekin sanksiyalardan yayınmanın qarşısını almaq üçün Aİ ilə açıq və konstruktiv dialoq apardığını deyib.
Tərəflər beynəlxalq və regional gündəlikdəki məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Görüşün yekununda onlar ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə və çoxtərəfli forumlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.