BAKI, 3 iyun. TELEQRAF
Türkmənistanın Bişkekdəki səfiri Nuri Qolliyev Qırğızıstan Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, iki ölkə arasında əməkdaşlıq parlamentlərarası qarşılıqlı əlaqəni, ticari-iqtisadi, mədəni və humanitar sahələri əhatə edir. Tərəflər həmçinin dostluq qruplarının fəaliyyətini intensivləşdirmək də daxil olmaqla, parlamentlərarası dialoqun gücləndirilməsinə diqqət yetiriblər.
Qarşılıqlı səfərlərin təşkili və iki ölkənin nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı məsələləri də müzakirə olunub.