BAKI, 4 iyun. TELEQRAF
ABŞ-nin hərbi-siyasi rəhbərliyi İrana qarşı tammiqyaslı hərbi əməliyyatların bərpasını istəmir.
Teleqraf xəbər verir ki, bu barədə “Al Monitor” ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, Vaşinqton hərbi əməliyyatları bərpa etməklə məqsədlərinə çatmaq üçün heç bir perspektiv görmür. Ağ Ev Tehrana iqtisadi təzyiqi artırarkən, münaqişəyə diplomatik həll axtarır.
ABŞ Prezidenti Donald Tramp da bundan əvvəl Vaşinqtonla Tehran arasında danışıqların uğurla davam etdiyini və razılaşmanın gələn həftəsonu əldə edilə biləcəyini bəyan etmişdi.