BAKI, 4 iyun. TELEQRAF

“Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətlərin kəsilməsi qərarı İrəvandan asılıdır və bu barədə Ermənistan tərəfindən soruşulmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə deyib.

“Bunu bizdən yox, İrəvandan soruşmaq lazımdır. Əgər İrəvan Avropa İttifaqının (Aİ) AİB-dən daha yaxşı olacağına inanırsa, bu seçimi edə bilər, amma bizim hesabımıza deyil.

Biz ermənilərin özləri üçün ən yaxşı hesab etdikləri şeyin tərəfdarıyıq. Əgər onlar Avropa İttifaqında daha rahat və daha yaxşı olacağını düşünürlərsə, ora gedə bilərlər”, - o qeyd edib.