BAKI, 3 iyun. TELEQRAF
“Ermənistanın hazırkı xarici siyasət kursu Rusiyanın maraqlarına qarşı konkret addımlara gətirib çıxarır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, rəsmi İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı genişləndirməyə yönəlmiş növbəti konkret addımıdır. Amma praktikada məlum olur ki, bunlar Rusiyanın maraqlarına qarşı konkret addımlara gətirib çıxaran addımlardır”, - Zaxarova ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərini şərh edərkən bildirib.