BAKI, 4 iyun. TELEQRAF

"Yuventus"un serbiyalı futbolçusu Duşan Vlahoviç mövsümün sonunda klubdan ayrılacaq.

Teleqraf İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun gedişi artıq rəsmiləşib.

A Seriyası təmsilçisinin Vlahoviçə yeni müqavilə təklif etdiyini, lakin tərəflərin razılaşmadığını iddia edilir. Klub rəsmisi Giorgio Çiellini də oyunçunun ayrılacağını təsdiqləyib.

Qeyd edək ki, 2022-ci ildə "Fiorentina"dan 85,4 milyon avroya transfer olunan Vlahoviç "Yuventus"da 168 oyunda 68 qol vurub, 16 məhsuldar ötürmə edib.

Zədələr səbəbindən tez-tez meydandan kənar qalan hücumçunun bazar dəyəri 70 milyon avrodan 35 milyon avroya düşüb.