BAKI, 3 iyun. TELEQRAF

Cənubi Kipr Prezidenti Nikos Xristodulides ilk dəfə Qazaxıstana səfər edib.

Teleqraf xəbər verir ki, o, səfər çərçivəsində paytaxt Astanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Qazaxıstan və Cənubi Kipr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.