BAKI, 4 iyun. TELEQRAF

Suvarma sistemini yaxşılaşdırmaqla buğda istehsalının artımına nail olmaq mümkündür.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.

O bildirib ki, müasir suvarma sistemi olan ərazilərdə buğda artımı olacaq.

"Əsas çağırışlardan biri müasir suvarma sisteminin qurulmasıdır. Bu da investisiya tələb edir", - o vurğulayıb.