BAKI, 4 iyun. TELEQRAF

Özbəkistan ilə Çinin Honq-Konq Xüsusi İnzibati Ərazisi arasında 30 gün müddətinə qarşılıqlı vizasız gediş-gəliş rejiminin tətbiq olunması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə Honq-Konq Administrasiyasının rəhbəri Con Li arasında keçirilən görüşün yekununda məlum olub.

Məqsədyönlü danışıqlar çərçivəsində tərəflər müvafiq hökumətlərarası sazişin imzalanması niyyətini rəsmiləşdiriblər.

Bu məqsədlə rəsmi şəxslər arasında qarşılıqlı diplomatik notaların mübadiləsi baş tutub.