Ətin qiyməti, ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı dövlət mexanizmi yoxdur və nəzərdə tutulmur.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.

O bildirib ki, qiymətlər bazar əsasında formalaşır.

"Ümumiyyətlə, ətin qiymətinin artımı ilə bağlı tendensiya mövcuddur. Amma qiymətlər görülən tədbirlər əsasında stabilləşəcək", - o vurğulayıb.

Z. Əliyev əlavə edib ki, xırdabuynuzlu heyvanlar, qoyunçuluq üçün subsidiyaların verilməsi planlaşdırılır:

"Otaqların bitki örtüyünün yaxşılaşdırılması üçün müəyyən tədbirlər görüləcək. Otlaqlar müəyən həcm yem təminatı üçün çıxış edir. Xüsusilə, xırdabuynuzlu hehvanlar üçün əhəmiyyətlidir".