BAKI, 25 noyabr. TELEQRAF
ABŞ-nin Boston şəhərində lotereyada 1 milyon dollar qazanan salvadorlu miqrant saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Bill Melugin məlumat yayıb.
Bildirilib ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları ötən həftə Massaçusets ştatının lotereyasında 1 milyon dollar qazanan Ariel Antonio Velaskes-Moralesi saxlayıblar.
Məlumata görə, o, ilk dəfə 2013-cü ildə Texas ştatının Roma şəhəri yaxınlığında ABŞ sərhədini qanunsuz keçib. 2014-cü ilin aprelindən onun barəsində deportasiya qərarı qüvvədə olub.
“Bu gün səhər saatlarında ICE-nin Boston bölməsi ötən həftə Massaçusets ştatının lotereyasında 1 milyon dollar qazanan şəxsi saxlayıb”, – jurnalist “X” hesabında yazıb.