BAKI, 21 noyabr. TELEQRAF

ABŞ İran neftinin xarici ölkələrə tədarükündə vasitəçilik etdiyi bildirilən dörd İran vətəndaşını sanksiya siyahısına daxil edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilib.

Nazirliyin açıqlamasına görə, sanksiyaya məruz qalan şəxslər İran neftinin digər ölkələrə ixracında vasitəçi kimi fəaliyyət göstəriblər.

Sanksiyalar həmin şəxslərin ABŞ-dəki aktivlərinin dondurulmasını, eləcə də Amerika vətəndaşlarının və şirkətlərinin onlarla işgüzar əlaqələr qurmasının qadağan edilməsini nəzərdə tutur.