BAKI, 25 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə “Nvidia” şirkətinin baş direktoru Censen Huanqı əfv edə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “New York Post” nəşrinə müsahibəsində danışıb.

“Düşünürəm ki, belə bir imkan həmişə var”, – Tramp Huanqın əfv edilməsi ehtimalı ilə bağlı suala cavabında deyib.

Bununla belə, ABŞ Prezidenti əfvə ehtiyac yaranmayacağını düşündüyünü bildirib.

Tramp Huanqın şirkətin rəhbərliyinə qayıtmasına kömək etdiyini də etiraf edib. Onun sözlərinə görə, bu vəzifəyə uyğun olmayan şəxsin təyin edilməsi ABŞ üçün bir çox baxımdan ciddi mənfi nəticələrə səbəb ola bilərdi.

Ağ Ev rəhbəri Huanqın ABŞ Senatının Bank Komitəsində keçiriləcək dinləmələrdə həqiqəti söyləyəcəyinə ümid etdiyini bildirib. Tramp onun öz əleyhinə ifadə verməmək hüququnu nəzərdə tutan ABŞ Konstitusiyasına Beşinci Düzəlişdən istifadə etməsinə ehtiyac olmayacağını düşündüyünü qeyd edib.

Xatırladaq ki, Censen Huanq noyabrın 12-də Çin xeyrinə casusluqda şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranan qalmaqal fonunda “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrindən istefa vermişdi.

Daha sonra şirkətin direktorlar şurası yekdilliklə onun vəzifələrinə bərpa olunması barədə qərar qəbul edib.

Çin Xarici İşlər Nazirliyi isə sözügedən qadının Çin kəşfiyyatına işləməsi barədə iddiaları böhtan adlandırıb.