BAKI, 25 noyabr. TELEQRAF
Braziliyanın Argentinadakı səfiri Julio Bitelli vəzifəsinin icrasına qayıtmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın “O Globo” nəşri məlumat yayıb.
Bildirilib ki, Braziliyanın Buenos-Ayresdəki diplomatik nümayəndəliyi səfir səviyyəsində rəhbərsiz qalacaq.
Bundan başqa, Braziliya hakimiyyəti Argentina Prezidenti Xavyer Mileyi Luis İnasio Lula da Silvanın yanvarın 5-də keçiriləcək andiçmə mərasiminə dəvət etməmək qərarına gəlib.
Nəşrin məlumatına görə, Braziliya hakimiyyəti bununla Argentinanın xarici işlər naziri Pablo Kirnonun ölkədə keçirilmiş prezident seçkilərinin dürüstlüyünü şübhə altına alan açıqlamalarına cavab verib.
Xatırladaq ki, Julio Bitelli Xavyer Mileyin Lula da Silva ünvanına səsləndirdiyi sərt ifadələrdən sonra iyul ayında məsləhətləşmələr üçün geri çağırılmışdı.