BAKI, 23 noyabr. TELEQRAF
ABŞ Konqresi 2027-ci ildə Ukraynaya milyardlarla dollarlıq yeni hərbi və humanitar yardım paketinin ayrılmasını planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri demokrat senatorlar Tim Keyn və Endi Kimə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Konqres üzvləri ABŞ Prezidenti Donald Trampın mövqeyinə baxmayaraq, Ukraynaya dəstəyin davam etdirilməsi üçün yeni yardım paketinin hazırlanması üzərində işləyirlər.
“Son iki həftə ərzində danışdığım senatorların heç biri – nə respublikaçılar, nə də demokratlar arasında – bu təşəbbüsə qarşı çıxacağını bildirməyib”, – Endi Kim deyib.
Məlumata görə, nəzərdə tutulan paket Ukraynaya həm hərbi, həm də humanitar yardımın göstərilməsini əhatə edəcək.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl ABŞ-nin Kiyevə hətta ödənişi edilmiş “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünü dayandırdığını bildirmişdi.