BAKI, 25 noyabr. TELEQRAF

ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın baş direktoru vəzifəsinə bərpa olunan Censen Huanq nikahdankənar münasibətləri ilə bağlı qalmaqala görə şirkətin əməkdaşlarından üzr istəyib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Bildirilib ki, Huanq noyabrın 24-də, vəzifəsinə bərpa olunmasının ertəsi günü şirkətin əməkdaşları qarşısında çıxış edib. O, korporativ davranış kodeksini pozmasının qəbuledilməz olduğunu etiraf edib və hər gün 90 dəqiqəlik psixoterapiya seanslarında iştirak etdiyini bildirib.

“Həyat yoldaşım Loriyə xəyanət etdim, övladlarımı və əlbəttə, sizin hamınızı incitdim”, – Huanq deyib.

Şirkət rəhbəri direktorlar şurasının onu ABŞ Prezidenti Donald Trampın təzyiqi altında vəzifəsinə bərpa etməsi barədə iddiaları da rədd edib.

Onun sözlərinə görə, direktorlar şurası vəziyyəti araşdırıb və ABŞ administrasiyasından milli təhlükəsizliyə təhdidin olmadığına dair təminat alıb.

Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi “Nvidia”nın direktorlar şurasının Huanqı baş direktor vəzifəsinə bərpa etmək qərarını şirkətin ali rəhbərliyi ilə razılaşdırmadan qəbul etdiyini yazmışdı.