BAKI, 19 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Çində apardığı məsləhətləşmələr barədə Almaniya kansleri Fridrix Merts məlumatlandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ liderinin kürəkəni Cared Kuşner özünün "X" sosial şəbəkə hesabında yazıb.
"ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və mən bu gün kansler Merts və onun təhlükəsizlik məsələləri üzrə müşaviri Günter Zautter ilə çox məhsuldar görüş keçirdik. Biz onlara Prezident Trampın Çindəki məsləhətləşmələri və Ukraynada ədalətli, davamlı və uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş son səylər barədə məlumat verdik", - deyə C.Kuşner qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Donald Tramp Şençjendə keçirilən APEC sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər. Bu tərkibdə sammit tarixdə ilk dəfə baş tutub.