BAKI, 25 noyabr. TELEQRAF
Macarıstan Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya 45 milyard avro məbləğində yeni kredit ayırmasında iştirak etməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar Ukraynanın Prezidenti Volodimir Zelenski ilə Zakarpatye vilayətinin Bereqovo şəhərində keçirilən görüşdən sonra mətbuat konfransında bildirib.
Baş nazir qeyd edib ki, Budapeşt Kiyevə humanitar və maliyyə yardımı göstərir və bu dəstəyi davam etdirməyə hazırdır.
“Macarıstan büdcəsinin hazırkı vəziyyətini və 2027-ci ilin yazınadək büdcə kəsirinin 8,3 faizdən 4,9 faizə endirilməsi zərurətini nəzərə alaraq, Avropa İttifaqının yeddiillik büdcəsinin Ukraynanın maliyyələşdirilməsi ilə birbaşa əlaqələndirilməsinə razılıq verə bilmərik”, – Madyar vurğulayıb.
Onun sözlərinə görə, Macarıstan Ukraynanın ağır iqtisadi vəziyyətdə olduğunu və əsas dövlət sistemlərinin fəaliyyətini təmin etmək üçün ciddi maliyyə vəsaitinə ehtiyac duyduğunu anlayır.
Baş nazir hesab edir ki, Aİ ötən il razılaşdırılmış 90 milyard avroluq maliyyə paketində olduğu kimi, yeni kreditin ayrılmasını da üzv ölkələrin bir qrupunun iştirakı ilə həyata keçirə bilər.