BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Asiya səfəri zamanı onun təyyarəsini “Qiyamət günü təyyarəsi” kimi tanınan E-4B “Nightwatch” müşayiət edib.

Teleqraf xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) portalı məlumat yayıb.

Bildirilib ki, E-4B “Nightwatch” Trampın prezident təyyarəsini Asiyaya səfəri və ABŞ-yə qayıdışı zamanı müşayiət edən hava gəmiləri arasında müşahidə olunub.

Nəşr qeyd edir ki, “Qiyamət günü təyyarəsi”nin prezidentin xarici səfərlərində iştirakı standart təhlükəsizlik və logistika tədbirlərinin tərkib hissəsidir.

Qeyd edək ki, Tramp Asiya səfəri çərçivəsində Filippində ASEAN, Çində isə APEC sammitlərində iştirak edib. Şençjendə keçirilən APEC sammiti çərçivəsində ABŞ Prezidenti Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpinlə də görüşüb.