BAKI, 25 noyabr. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun Ofisinin elektron sistemlərindən biri kiberhücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hakerlər kəşfiyyat məqsədilə açıq mənbələrdən əldə olunan məlumatların təhlilini həyata keçirən sistemə müdaxilə ediblər.

Hansı məlumatların hakerlərin əlinə keçdiyi hələlik məlum deyil. Bununla belə, mənbələrin sözlərinə görə, kiberhücum nəticəsində məxfi məlumatlar ələ keçirilməyib.

Qeyd edək ki, ötən həftə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) hüquqpozmalarla bağlı məlumat bazası olan Milli Cinayət İnformasiya Mərkəzinin də kiberhücuma məruz qaldığı bildirilmişdi.

Bundan başqa, ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsinin işində nasazlıq qeydə alınmışdı.