BAKI, 23 noyabr. TELEQRAF
ABŞ-də noyabrın 22-də 6 minə yaxın aviareys ləğv edilib və ya gecikib.
Teleqraf xəbər verir ki, bu barədə aviauçuşların monitorinqini aparan “FlightAware” portalının məlumatlarında bildirilib.
Məlumata görə, gün ərzində ölkə üzrə 5,7 mindən çox aviareys gecikib, daha 242 uçuş isə ləğv olunub.
“The New York Post” qəzetinin daha əvvəl yaydığı məlumata əsasən, ABŞ-nin ən böyük aviaşirkətlərindən biri olan “Delta Air Lines”in elektron sistemində texniki nasazlıq yaranıb.
Corciya ştatının Atlanta şəhərindəki hava limanında baş verən nasazlıq yüzlərlə aviareysin gecikməsinə səbəb olub.