BAKI, 25 noyabr. TELEQRAF

Böyük Britaniya və Ukrayna Britaniya ərazisində zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) istehsalına dair saziş imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Razılaşma Böyük Britaniyanın müdafiə naziri Ues Stritinqin Ukraynaya səfəri çərçivəsində əldə olunub. Nazir səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Yevhen Xmara ilə görüşüb.

Saziş Ukraynaya özünün hazırladığı zərbə tipli pilotsuz uçuş aparatlarının istehsalı üçün Böyük Britaniyada zavodlar açmağa imkan verəcək.

Stritinq səfər çərçivəsində Xarkov şəhərində də olub və ukraynalı hərbçilərlə görüşüb. O, döyüş bölgəsinə bu qədər yaxın əraziyə səfər edən ilk Britaniya müdafiə naziri olub.

Qeyd edək ki, Rusiya tərəfi Qərbin Ukraynaya hərbi yardımı artırmasının münaqişənin uzanmasına səbəb olduğunu dəfələrlə bəyan edib.