BAKI, 25 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsində V turun oyunlarına start verilib.
Teleqraf xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma keçirilib.
Türkiyənin “Qalatasaray” klubu İstanbulda İngiltərənin “Aston Villa” komandasını minimal hesabla məğlub edib. İngiltərənin “Mançester Siti” klubu isə İtaliyanın “Napoli” komandası ilə qarşılaşmada heç-heçə edib.
Madrid “Real”ı Niderlandın PSV klubunu böyük hesabla məğlub edib. Londonun “Arsenal” klubu isə Dortmund “Borussiya”sı ilə heç-heçə edib.
Əsas mərhələ, V tur
“Bodo/Qlimt” – LASK – 1:0
“Qalatasaray” – “Aston Villa” – 1:0
“Arsenal” – “Borussiya” (Dortmund) – 1:1
“Komo” – AEK – 1:0*
“Feyenoord” – “Portu” – 0:1*
“Mançester Siti” – “Napoli” – 2:2
“Leyptsiq” – “Lans” – 3:1
“Real” (Madrid) – PSV – 5:1
“Slovan” – “Betis” – 0:2