BAKI, 24 noyabr. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında “Robinson R22” tipli helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 23-də yerli vaxtla saat 09:30 radələrində baş verib.

Helikopter uçuş zamanı təpənin yamacına çırpılıb. Qəza nəticəsində göyərtədə olan hər iki şəxs həyatını itirib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Qəza ilə bağlı araşdırmaya ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) başlayıb.