BAKI, 25 noyabr. TELEQRAF
Liviyanın Benqazi limanına noyabrın 22-də edilən hücum nəticəsində Liviya Milli Ordusunun Hərbi Dəniz Qüvvələrinin azı iki hərbçisi həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Liviya Milli Ordusunun Baş Komandanlığının açıqlamasına istinadən məlumat yayıb.
Komandanlıq hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini iddia edib.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.