BAKI, 20 noyabr. TELEQRAF
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili kompüter şəbəkəsində noyabrın 17-də yaranan texniki nasazlıq hələ də aradan qaldırılmayıb.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, nasazlıq səbəbindən agentliyin bəzi əməkdaşları artıq üçüncü gündür evdən işləmək məcburiyyətində qalıblar.
Mənbələrin sözlərinə görə, texniki problem müəyyən çətinliklər yaratsa da, agentliyin dünya üzrə radioelektron kəşfiyyat fəaliyyətinə və kibertəhlükəsizliyin təmin edilməsinə təsir göstərməyib.
CNN-in məlumatına əsasən, nasazlıq agentliyin Corciya ştatında yerləşən, Yaxın Şərqlə bağlı radioelektron kəşfiyyat və kiberəməliyyatlara cavabdeh obyektini də əhatə edib.
ABŞ-nin yüksəkvəzifəli rəsmilərindən biri şəbəkənin fəaliyyətinin bərpası prosesinin gözləniləndən daha ləng getdiyini etiraf edib.