BAKI, 25 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp münasib vaxtda Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyinə əmin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “New York Post” nəşrinə müsahibəsində danışıb.
“Vaxt gələcək və biz görüşəcəyik”, – Tramp deyib.
ABŞ Prezidenti ötən həftə Filippin və Çinə səfəri zamanı Kim Çen Inın onunla görüşməkdən imtina etməsi barədə fikirləri rədd edib.
“Xeyr, o, bunu görməzdən gəlmədi. Orada çox sayda lider var idi. Sadəcə, münasib vaxt deyildi. Həmin iki gün çox gərgin keçdi”, – Tramp qeyd edib.
Şimali Koreya lideri ilə məktub mübadiləsi aparıb-aparmadığına dair suala cavab verən Tramp son vaxtlar başqa məsələlərlə məşğul olduqlarını bildirib. Bununla belə, o, yazışmaların istənilən an bərpa oluna biləcəyini istisna etməyib.
ABŞ lideri əvvəllər Şimali Koreya ətrafında təhlükəli vəziyyətin mövcud olduğunu, hazırda isə gərginliyin səngidiyini düşündüyünü bildirib.
“Görünür, hər şey sakitləşib. Mən onunla çox yaxşı yola gedirəm”, – Tramp vurğulayıb.