BAKI, 25 noyabr. TELEQRAF

“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirəcək.

Teleqraf xəbər verir ki, Azərbaycan çempionu turnirin əsas mərhələsinin V turunda İspaniyanın “Barselona” komandasını qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüşün baş hakimi FİFA referisi Nikolas Uolş olacaq. Qarşılaşmaya saat 21:45-də start veriləcək.

Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. II turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. III turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, IV turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.

Turnir cədvəlində “Barselona” 8-ci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.