BAKI, 21 noyabr. TELEQRAF
ABŞ Konqresinin üzvləri İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinə qarşı çıxıblar.
Teleqraf xəbər verir ki, Nümayəndələr Palatasının demokrat üzvləri Yasmin Ansari və Ro Xanna Konqresi İrana qarşı hücum xarakterli hərbi əməliyyatların maliyyələşdirilməsini bloklamağa çağırıblar.
Qanunvericilər dekabrın 11-dək Konqresi müvafiq addımlar atmağa çağıraraq, vəsaitlərin ölkənin daxili problemlərinin həllinə yönəldilməli olduğunu vurğulayıblar.
Qeyd edək ki, ABŞ-də dövlət xərclərinin təsdiqlənməsi üçün son tarix dekabrın 11-nə təyin edilib. Qanunvericilər maliyyələşdirmə ilə bağlı razılığa gələ bilməsələr, ölkədə federal hökumətin fəaliyyətinin dayandırılması təhlükəsi yaranacaq.